ABŞ-da hərbçilər paraşütlə tullanarkən külək onları apardı –22 nəfər xəsarət aldı 4-10-2019, 00:05 ABŞ-ın Missisipi ştatında hərbi təlimlər zamanı 22 hərbçi xəsarət alıb.Trend-in məlumatına görə, bir qrup hərbçi təyyarədən paraşütlə tullanarkən güclü külək onları aparıb.Bəzi hərbçilərin paraşütləri ağaclara ilişib. Qeyd olunur ki, 7 nəfər xəstəxanaya yerləşdirilib.Yaralıların həyatına təhlükə olmadığı deyilir. Facebook-da paylaş