ŞOK ETİRAF! Baqdasaryan suriyalı döyüşçülərin Qarabağ müharibəsi zamanı ermənilərə kömək etdiyini etiraf etdi VİDEO

27-11-2015, 20:36           
ŞOK ETİRAF! Baqdasaryan suriyalı döyüşçülərin Qarabağ müharibəsi zamanı ermənilərə kömək etdiyini etiraf etdi VİDEO
“Rossiya 1” kanalının efirində yayımlanan “Vladimir Solovyovla bu axşam” verilişinin növbəti buraxılışı Türkiyənin Rusiyaya məxsus qırıcını vurmasına həsr edilib.

Axar.az xəbər verir ki, müzakirələrdə iştirak edən erməni millətçi, Rusiya Dövlət Dumasının üzvü Semyon Baqdasaryan İŞİD-ə qarşı beynəlxalq koalisiya yaradılması məsələsi müzakirə olunan zaman KTMT-nin Suriya böhranında Moskvaya kömək edə biləcəyini bildirib.

Baqdasaryan suriyalı döyüşçülərin Qarabağ müharibəsi zamanı ermənilərə kömək etdiyini etiraf edib. O, erməniləri bunun qarşılığını ödəməyə çağırıb.

Azərbaycanın hüquq mühafizə orqanları dəfələrlə Qarabağ müharibəsi zamanı xarici döyüşçülərin ermənilərə kömək etdiyini açıqlayıb. Baqdasaryanın bu sözləri rəsmi Bakının açıqlamalarını təsdiqləyib.

Verilişə 41-ci dəqiqədən etibarən baxa bilərsiniz:
[media=https://www.youtube.com/watch?v=G_nNixzshxM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru