Azərbaycanda qəzəblənən qayınata mülkə görə maşınla gəlinini vurdu - YENİLƏNİB

4-10-2019, 19:43           
Azərbaycanda qəzəblənən qayınata mülkə görə maşınla gəlinini vurdu - YENİLƏNİB
Tərtər rayonunda baş verən insidentin təfərrüatı üzə çıxıb.

Oxu.Az-ın əldə etdiyi məlumatlara əsasən, Şahvələdov Qara Varad oğlu münaqişə zamanı gəlini Şahvələdova Əfsanə Fəxrəddin qızını "Niva” markalı avtomobili ilə vurub.

Nəticədə, qadın yüngül xəsarət alıb. Hazırda hər iki şəxs polis idarəsində dindirilir.

İlkin məlumata görə, münaqişə mülk üstündə olub.

17:34

Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar. /report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru