Məhkəmə zalı, arxiv şəkliİran avstraliyalı blogeri həbsxanadan azad edib

5-10-2019, 20:35           
Məhkəmə zalı, arxiv şəkliİran avstraliyalı blogeri həbsxanadan azad edib
Ötən il həbs olunan və 10 illik azadlıqdan məhrum olan digər avstraliya vətəndaşı, "Melbourne" universitetində islam dərsləri tədris edən mühazirəçi Kayl Mur Gilbertin azad olunması istiqamətində isə işlər davam edir
Avstraliya hökumətinin yaydığı məlumata görə, İran blogerliklə məşğul olan avstraliyalı cütlüyü həbsdən azad edib. Sputnik Azərbaycan-ın BBC-yə istinadən məlumatına görə, eyni zamanda həm də Britaniya vətəndaşlığı olan Coli Kinq və sevgilisi Mark Firkin bir neçə ay öncə Tehranda rəsmi icazə olmadan dron uçurtduqlarına görə saxlanılıblar.

Ötən il həbs olunan və 10 il azadlıqdan məhrum edilmə cəzası verilən digər Avstraliya vətəndaşı, Melburn Universitetində islam dərsləri tədris edən mühazirəçi Kayl Mur Gilbertin azad olunması istiqamətində isə işlər davam edir. Avstraliyanın Xarici İşlər Nazirliyinin bəyanatında həmin şəxsin azad olunması üçün danışıqların davam etdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru