ABŞ-da pivə festivalında partlayışlar olub, xəsarət alanlar var

6-10-2019, 11:10           
ABŞ-da pivə festivalında partlayışlar olub, xəsarət alanlar var
ABŞ-da pivə festivalında partlayışlar olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NBC teleşirkəti xəbər verib.

Məlumata görə, hadisə Los-Anceles yaxınlığındakı Hanqinton şəhərində keçirilən "Oktoberfest" festivalında qeydə alınıb.

İlkin məlumata görə, elektrik xəttinin dirəyindəki transformator partlayıb. Nəticədə dirək yerə düşüb və yanıb. Şahidlər bildiriblər ki, üç partlayış olub.

Hadisə zamanı festivalın bir neçə tamaşaçısı və yanğınsöndürən yanıq xəsarətləri alıblar. Zərərçəkənlərin dəqiq sayı məlum deyil, ancaq CBS telekanalı bildirib ki, hadisə zamanı azı dörd nəfər xəsarət alıb.

Festival iştirakçıları ərazidən təxliyyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru