Tanınmış jurnalist polisə şikayət etd: - ŞANTAJA GÖRƏ

7-10-2019, 12:49           
Tanınmış jurnalist polisə şikayət etd: - ŞANTAJA GÖRƏ
"Bir ilə yaxındır ki, şəxsi həyatım və işimlə bağlı təhdid və şantaj dolu mesajlar alırdım. Həmin şəxslərin kim olduqlarını ehtimal edirəm".
Lent.az məlumat verir ki, bu sözləri "Sputnik Azərbaycan” saytının əməkdaşı, jurnalist İradə Cəlil deyib. O bildirib ki, bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib:
"Nəticə olduqdan sonra bu haqda geniş məlumat verəcəm. Heç kimlə problem yaşayan insan deyiləm. Onlar məni Feysbukda saxta profillərlə təhdid edir. Şəkillərimi paylaşaraq, haqqımda ağlasığmaz ifadələr yazırlar. İntihar həddinə artıq çatmışam.
Şəxs və ya şəxslərin hansı əsaslarla təhdid, şantaj etdiyini polisə bildirmişəm. Kiminsə haqqına girmək istəmirəm. Araşdırılandan sonra məlum olacaq ki, kimdir, nə istəyir... Bəlkə heç istədiyi bu deyil, bəlkə başqa adamdır. Mən şübhələndiyim adamların adlarını hüquq-mühafizə orqanlarına demişəm.
Mənim 2017-ci ilə qədər həyatımla, işimlə və s. heç kimlə problemim olmayıb, hesab edirəm, düşmənim də yoxdur. Mən güzəştə gedən adamam, müəyyən problem yaşayıb münasibətlərimizin kəsildiyi dostlarımla da əlaqələri bərpa etmişəm ki, haqları üzərimdə qalmasın. Hələlik bunları deyə bilərəm”.
Qeyd edək ki, bir müddət bundan əvvəl jurnalist aldığı təhdid və şantajlar barədə Feysbuk profilində ölkə rəhbərliyinə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru