9 yaşlı oğlanın yandırdığı evdə 5 nəfər öldü - VİDEO

9-10-2019, 20:53           
9 yaşlı oğlanın yandırdığı evdə 5 nəfər öldü - VİDEO
ABŞ-ın İllinoys ştatının 9 yaşlı sakininə 5 nəfəri öldürmək və yanğın törətməklə bağlı ittiham irəli sürülüb.

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, oğlan aprelin 6-da ev yandırıb. Nəticədə üçü uşaq olmaqla 5 nəfər ölüb. Daha iki nəfəri xilas etmək mümkün olub.

Yanğın axşam saat 11-də başlayıb. Yanğınsöndürənlər hadisə yerinə çatanda, alov evi tamamilə bürüyübmüş.

Əgər oğlan mühakimə olunarsa, onu 5 il sınaq müddəti həbs gözləyir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.