Maşın 8-ci mərtəbədən düşdü: 3 ölü (VİDEO, FOTO)

29-11-2015, 10:27           
Maşın 8-ci mərtəbədən düşdü: 3 ölü (VİDEO, FOTO)
Moskva ətrafı Odinçova rayonunda avtomobil dayanacağında kuryoz qəza baş verib.

ANS PRESS-in məlumatına görə, maşın parkinqin 8-ci mərtəbəsindən aşağı düşüb.

Hadisə nəticəsində üç nəfər ölüb. Hazırda qəzanın səbəbləri müstəntiqlər tərəfindən aydınlaşdırılır. Hadisə axşam Nemçinovkada avtomobil dayanacağında baş verib. İçində üç sərnişin olan "Mazda" avtomobili hələ bəlli olmayan səbəbdən çoxmərtəbəli dayanacaq kompleksinin 8-ci mərtəbəsindən aşağı gəlib.

Hadisə anı

Maşın hasarı uçuraraq aşıb və aşağıda dayanmiş "Volvo" avtomobilinin üstünə düşüb. Sərnişinlərin üçü də hadisə yerində ölüb. Gənc sürücü və sərnişinlərdən birinin yanında sənədlər olmadığından hüquq-mühafizə orqanları onların şəxsiyyətlərini araşdırır. Ölənlərdən birinin kimliyi məlum olub.

Ehtimal olunur ki, qəzaya səbəb avtomobildəki gənclər sərxoş olub.

[media=https://www.youtube.com/watch?v=i4wbPvrsHVA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru