Öldü bilib dəfn etdilər, geri qayıtdı - Ailəsi şoka düşdü

12-10-2019, 00:17           
Öldü bilib dəfn etdilər, geri qayıtdı - Ailəsi şoka düşdü
İndoneziyada öldüyü zənn edilən 40 yaşlı kişi evinə qayıdıb.

"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün öncə dəhşətli yol qəzası baş verib. Motosikletin ağaca çırpılması nəticəsində bir nəfər həlak olub. Cəsəd tamamilə tanınmaz halda olduğundan motosikletə görə, onun Ali Kanta olduğuna qərar veriblər. Meyid ailəsinə təhvil verilib.

Onu adətə uyğun şəkildə dəfn ediblər. Ali Kanta isə öz ölüm xəbərinə dostlarından öyrənib. O, yanlışlığı düzəltmək üçün evə gəlib. Məlum olub ki, həlak olan Kanta yox, onun tanışı Variim olub. O, motosikleti borc qarşılığında girov qoyubmuş. Variim isə motosikletdən istifadə edirmiş. Varimin ailəsi onun sadəcə məzar daşını dəyişməklə kifayətlənib. / axşam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru