Bakıda "bar qızları" arasında dava - pivə butulkası ilə üzünə "şram" atdı

30-11-2015, 05:07           
Bakıda "bar qızları" arasında dava - pivə butulkası ilə üzünə "şram" atdı
Bakıda bir müddət öncə gecə klubunda qadınlar arasında baş verən davaya görə cinayət işi açılıb.

teref.az Milli.Az-a istinadən verdiyi xəbərə görə, hadisə Nizami rayonunda baş verib. Gecə 04 radələrində R.Rüstəmov küçəsindı yerləşən gecə klubunda qızlar arasında insident yaşanıb. Göyçay rayon sakini 1998-ci il təvəllüdlü Qönçə Nağıyeva həmin vaxt orada olan Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Anarə Qasımova ilə mübahisə edib. Q.Nağıyeva əlində olan pivə butulkasını sındıraraq onunla A.Qasımovanın sifətdən vuraraq "şram" atıb.

Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru