Bakıda dəhşətli qətl: Arvadı ilə qaynanasını bıçaqlayıb yandırdı - Fotolar

17-10-2019, 00:14           
Bakıda dəhşətli qətl: Arvadı ilə qaynanasını bıçaqlayıb yandırdı - Fotolar
Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra V. Hüseynov 85 yaşlı bibisini - qayınanasını bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb. Qətli törədən V. Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V. Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru