Sələfilər Elşad Miriyə qarşı: "Tövbə etməsə, edam edilə bilər... " - VİDEO

30-11-2015, 15:13           
Sələfilər Elşad Miriyə qarşı: "Tövbə etməsə, edam edilə bilər... " - VİDEO
Azərbaycan sələfilərinin lideri kimi tanınan Qamət Süleymanovun ən yaxın adamlarından biri kimi tanınan Useyd Turabov Elşad Mirinin əleyhində video hazırlayıb.

Ölkə.Az xəbər verir ki, Qamət Süleymanovun qardaşı Yaşar Süleymanov, daha sonra Kamal Hüseyn adlı sələfi bu antitəbliğata qoşulub. Qamət Süleymanov da Elşad Mirinin ilahiyyatçı deyil, jurnalist adlandıraraq tərəfdarlarını ondan uzaq olmağa çağırıb.

Useyd Turabovun videosu isə daha təhlükəlidir. Çünki həmin səs yazısında xəbərdarlıq kimi səslənən məqamlar öz əksini tapıb. Belə ki, Useyd Turabov Elşad Mirinin bu fikirlərinə görə, əgər Səudiyyə Ərəbistanında olsa, həbs ediləcəyini, sonra tövbəyə dəvət ediləcəyini, tövbə etmədiyi təqdirdə isə edam edilə biləcəyini bildirib.

Digər Mədinə tələbəsi Ramil Soltanov ona məxsus olan youtube kanalında həmin materialları yayaraq tərəfdarlarına ismarıc göndəriblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru