Cəbhə xəttində gərginlik: 1 əsgərimiz yaralandı... - ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir

30-11-2015, 15:20           
Cəbhə xəttində gərginlik: 1 əsgərimiz yaralandı... - ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir
Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.

DİA.AZ Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ilkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru