Azərbaycanlı jurnalist Mərakeşdə hücuma məruz qaldı - VİDEO

17-10-2019, 20:25           
Azərbaycanlı jurnalist Mərakeşdə hücuma məruz qaldı - VİDEO
"CBC Sport"un tanınmış şərhçisi, eyni zamanda ATV-də "Yol əhvəlatı" verilişinin aparıcısı Rüstəm Əfsərli Mərakeşdə çəkiliş vaxtı hücuma məruz qalıb. "Yol əhvəlatı" verilişinin çəkilişi zamanı motosikletlə hərəkət edən şəxs Əfsərlinin çantasını oğurlayaraq hadisə yerindən qaçıb.
R.Əfsərli çantasının içində 15 gün əvvəl aldığı, dəyəri 1700 manat olan telefon, eynək, pasport və 300 avro olduğunu bildirib. Onun sözlərinə görə, çantanı oğurlayan şəxs tapılmayıb.
R.Əfsərli Mərakeşdə pasportu əvəzləyən sənəd alıb Bakıya qayıtdıqdan sonra yeni pasport əldə edib.
Həmin anın videosunu təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru