Polis rəisi sayt rəhbərini hədələyərək,təhqir etdi- Sayt rəhbəri Ramil Usubova müraciət etdi

1-12-2015, 23:05           
Polis rəisi sayt rəhbərini hədələyərək,təhqir etdi- Sayt rəhbəri Ramil Usubova müraciət etdi
teref.az NİA.az saytına istinadən xəbər verir ki, Neftçala rayon polis rəisi NİA,az saytının redaktorunu təhqir edib. Baş redaktor Daxili İşlər Nazirinə müraciət ünvanlayıb. Müraciəti sizə təqdim edirik!
Azərbaycan Respublikasının Daxili İşlər Naziri,
general polkovniki cənab Ramil Usubova!
Hörmətli cənab Nazir! Mən Neftçala rayon sakini Əliyev Bəhruz İmanqulu oğlu yazıb sizə bildirirəm ki,məni Neftçala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vusal Şəbəndiyev polisə çağıraraq ağır söyüşlər ilə soyub həbs edəcəyini bildirdi. O mənə;” Sən kimsən ki,DYP-nın rəisindən yazı dərc etmisən. Bu dəqiqə onu vuraram və deyərəm sən vurmusan.,şərləyərəm səni, məhv edərəm, qoymaram rayonda yaşayasan. Saytını sənin gözünə soxaram dərdini heç kimə deyə bilməzsən.”
Nia.az saytının rəhbəri Bəhruz Əliyevin sözlərinə görə, polis rəisi polkovnik Vusal Şəbəndiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onu 3 il həps etdirəcəyini bildirib. Bəhruz Əliyevin deyir ki; “Polisdə məni 3 saat qanunsuz saxlayaraq rəis bildirdi ki” Səni süründürəcəm, mən Ramil Usubovun adamıyam sənin şikayətinə kim əhəmiyyət verəcək.”
Cənab nazir mən şokda idim, bilmirdim mən polis şöbəsində yoxsa hardayam. Söyüşləri havada uçurdu,elə bil rəis məni alcaltmaqdan doymurdu.Sonunda mənə bildirdiki, əgər azad yaşamaq istiyirsənsə get icra başçısını təriflə. Mənə məlum oldu ki,məni DYP-dən dərc olunan şikayətə görə yox, Neftçala rayon Icra başçısı İsmayıl Vəliyevdən yazdığım tənqidi yazılarla əlaqədar söyüb təhqir edir və 3 il həbs edəcəyini bildirir. Mən nə edəcəyimi bilmirəm özümü öldürmək həddinə çatdırıblar məni. Hörmətli cənab Nazir! İnanıram ki, siz mənə köməklik gösdərəcəksiniz. Azərbaycan Respublikasının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev 1993-cü illərdə Sizi Nazir vəzifəsinə təyin edərkən Sizə inandığını və etimad etdiyini bildirmişdi. Mən də səmimi qəlbdən Sizin ədalətinizə, humanistliyinizə inaniram.
NİA.az saytının rəhbəri Bəhruz Əliyev.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.