Qaradağda aşkarlanan 5 ton ət heyvanlara belə yaramır - RƏSMİ

2-12-2015, 16:15           

Respublika baytarlıq laboratoriyasında yoxlanması üçün 5 ton ətdən götürülən nümunələrin nəticələri açıqlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBHX) rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov APA-ya deyib ki, götürülən nümunələrin nəticəsində 5 ton ətin 90 faizinin ölmüş heyvanlara məxsus olduğu məlum olub.

O bildirib ki, 5 ton ətdə bakterioloji çirklənmə də həddən artıq çox olub: “Ona görə də 5 ton ət zooparka göndərilməyəcək. Artıq qərar hazırlanıb. Həmin 5 ton ət məhv ediləcək”.

A. Süleymanov qeyd edib ki, yerdə qalan 20 ton heyvan cəmdəklərindən götürülən nümunələrin nəticələri sabah məlum olacaq.

Qeyd edək ki, Bərdə şəhərində 20 tondan çox, Bakının Qaradağ rayonu ərazisində saxlanılan, Bərdədən gələn avtomaşının içərisində 5 ton ət aşkar edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.