Dəhşətli olay: Əqli qüsurlu sevgilisini öldürüb meyitini səhrada gizlətdi

17-11-2019, 20:13           
Dəhşətli olay: Əqli qüsurlu sevgilisini öldürüb meyitini səhrada gizlətdi
ABŞ-ın Pensilvaniya ştatının evli sakini məşuqəsini qətlə yetirməkdə şübhəli bilinir.
Teref.az xəbər verir ki, bununla bağlı “Daily Mirror” məlumat yayıb.

İlkin məlumatlara görə, 39 yaşlı Con Çepmen 33 yaşlı sevgilisi Ceym Rey Fedendən Nevada ştatının Las Veqas şəhərinə getməyi xahiş edib.

Orada o, qızın əl və ayaqlarını bağlayarıb və məşuqəsini boğaraq, meyiti səhrada gizlədib. Qeyd edilib ki, qadının əqli çatışmazlığı olub.

İki ay Feden sevgilisini itkin düşmüş hesab edib, ancaq oktyabrın 5-də qadının cəsədi tapılıb.

Qadının qohumlarının sözlərinə görə, Ceym itkin düşdükdən sonra kimsə onun sosial şəbəkə hesablarını idarə edib. Qadının ailəsi ondan bir neçə məktib alıb.

Aparılan araşdırmalar zamanı bunun Çepmen olduğu müəyyənləşib. /oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru