Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq

9-01-2020, 17:32           
Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq
Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunacaq.

Axar.az xəbər verir ki, bu barədə O.Gülalıyevin oğlu Alı Gülalıyev məlumat yayıb.

Onu sözlərinə görə, hüquq müdafiəçisinin durumunda müsbət gəlişmələr olmasına baxmayaraq, həkiminin etdiyi ağrıoyadıcıya O.Gülalıyev hələ ki, çox zəif cavab verdiyindən iki gün əvvəl MRİ ediblər:

“Nəticəsinə görə beynində akut hidrosefali (kəskin surətdə su artması) yaranıb.

Bu səbəbdən sabah tezdən atam növbəti dəfə əməliyyat ediləcək. Beynində olan artıq suyun təmizlənməsi üçün başına şunt qoyulacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru