Nərminin qətlində 4 nəfərin əli var - Ailəsi danışdı

11-01-2020, 10:26           
Nərminin qətlində 4 nəfərin əli var - Ailəsi danışdı
Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyeva qatili İlkin Süleymanovun əmisi oğlunun polis olduğu və onun Süleymanovların evində axtarış aparmasına mane olması barədə yayılan xəbərlərlə bağlı araşdırma aparılır.

Bu sözləri Axar.az-a açıqlamasında DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O bildirib ki, cinayətlə bağlı istintaq gedir və istintaq zamanı hər şey müəyyən olunacaq.

Məsələ ilə bağlı Nərmin Quliyevanın ailəsindən saytımıza bildirilib ki, İlkin Süleymanovun həqiqətən də rayonda polis vəzifəsində çalışan əmisi oğlu var. Amma onun istintaqa mane olması ilə bağlı yayılan xəbərlərin doğru-olub olmadığından xəbərsiz olduğunu bildiriblər.

Ailə onu da bildirib ki, Nərminin qətlində 4 nəfərin əli var. Lakin istintaq aparıldığı üçün əlavə məlumat verə bilməyəcəklərini qeyd ediblər. Nərmin Quliyevanın 7 mərasimindən sonra hüquq mühafizə orqanlarının daha ətraflı məlumat veriləcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru