Pekində üç həkim koronavirusa yoluxub 26 Yanvar, 2020 01:50

26-01-2020, 05:01           
Pekində üç həkim koronavirusa yoluxub 26 Yanvar, 2020  01:50
Çinin paytaxtı Pekində üç həkim 2019-nCoV koronavirusuna yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Jenmin jibao" qəzeti özünün “Twitter”dəki səhifəsində bildirib.

Qəzetin məlumatına görə, hazırda onların üçü də xəstəxanaya yerləşdirilib və karantindədir. Xəstələnən həkimlərdən ikisi daha əvvəl pnevmaniyanın yayıldığı Uhan şəhərinə işgüzar səfərlər edib.

Son məlumatlara görə, Çində yeni növ pnevmaniyadan ölənlərin sayı 41 nəfərə çatıb, xəstəliyə yoluxanların sayı 1372 nəfərə qədər artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru