Pakistanda dəhşətli partlayış baş verdi - Çox sayda ölü və yaralı var (VİDEO)

28-01-2020, 20:51           
Pakistanda dəhşətli partlayış baş verdi - Çox sayda ölü və yaralı var (VİDEO)
Pakistanın Pəncab vilayətindəki ətirlərin istehsal olunduğu fabrikdə baş verən partlayış nəticəsində ölənlərin sayı 15-ə çatıb. Onlarla yaralı var.

Publika.az BBC-yə istinadən xəbər verir ki, güclü partlayışdan sonra ərazidə yanğın başlayıb. Yanğınsöndürənlər alovu ram etmək üçün bir neçə saat səy göstərib. Təhlükə səbəbiylə yaxınlıqda yerləşən sakinlər təxliyə edilib.

Ərazini bürüyən yanğını və tüstünü bir neçə kilometr məsafədən müşahidə etmək mümkün olub. Hadisənin səbəbləri araşdırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru