Azərbaycan vətəndaşı Rusiyada həbs cəzası aldı

30-01-2020, 05:04           
Azərbaycan vətəndaşı Rusiyada həbs cəzası aldı
Rusiya Federasiyası ərazisində qanunsuz olaraq yaşayan Azərbaycan Respublikasının vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmə onu koloniyada 1 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Bu barədə Rusiyanın Arxangelsk vilayəti Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Dağıstan Respublikası Magaramkent rayon məhkəməsinin Arxangelsk vilayətinin Velsk şəhərində qanunsuz yaşayan 57 yaşlı azərbaycanlı Fətəliyev Mehralı Hüseynalı oğluna qarşı çıxardığı hökm qanuni qüvvəyə minib.

Xatırladaq ki, 2016-cı ilin aprel ayında adıçəkilən şəxs dəfələrlə inzibati məsuliyyətə cəlb edildiyi üçün Rusiya ərazisinə girişi qadağan edilib. Ona bu qərar barədə şəxsən məlumat verilib.

Azərbaycana gəldikdən sonra kişi şəxsi məlumatlarını dəyişdirib və şəxsiyyətini təsdiqləyən yeni sənədlər alıb. Bundan sonra o, 2016-cı ildən 2018-ci ilə qədər Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz şəkildə keçib.//oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru