Həkimlərin dərman firmaları ilə işbirliyinə son qoyulur

31-01-2020, 00:32           
Həkimlərin dərman firmaları ilə işbirliyinə son qoyulur
Bu resept elektron şəkildə apteklərə göndəriləcək və vətəndaş oradan öz büdcəsinə uyğun dərmanı alacaq

İcbari tibbi sığortanın tətbiqindən sonra dərman firmalarının əməkdaşlarının xəstəxanalarda həkimlərlə birbaşa görüşü qadağan ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri bu gün keçirilən tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) departament direktoru Vüqar Qurbanov bildirib. O qeyd edib ki, belə sistem ilk dəfə pilot ərazilərdə tətbiq edilib: "Tibb müəssisələrinin mühafizəsi var və buraya daxil olmaq icazəlidir".

Amma V.Qurbanov bildirib ki, hər hansı şirkət yeni məhsulunu tibb işçilərinə təqdim etmək istəyərsə, bunun üçün şərait yaradılacaq: "Firmalar öz məhsullarını təqdim etmək istəsələr, onları müəssisənin rəhbərinə göstərə bilərlər. Xəstəxanaların hamısında akt zalları və ya digər münasib yerlər var və burada firmalar öz dərmanlarını təqdim edə bilərlər". Ümumiyyətlə, V.Qurbanovun sözlərinə görə, yaxın gələcəkdə tibbi reseptlərdə dərmanların adlarının yazılmasına son qoyulacaq. Həkimlər yalnız dərmanın tərkibini yazacaqlar: "Bu resept elektron şəkildə apteklərə göndəriləcək və vətəndaş oradan öz büdcəsinə uyğun dərmanı alacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru