Polis “İnstagram”da etdiklərinə görə bu şəxsi həbs etdi

1-02-2020, 00:00           
Polis “İnstagram”da etdiklərinə görə bu şəxsi həbs etdi
“İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, DİN-in “İnstagram” sosial şəbəkəsindəki “polisazerbaycan” rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki “tt.elcan_” adlı profildə narkotik vasitələrin qəbulunun təbliğ edildiyi barədə məlumat verib.

Məlumat aidiyyəti üzrə Baş Narkotiklərlə Mübarizə İdarəsinə göndərilib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində “tt.elcan_” səhifəsinin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyevə məxsus olduğunu məlum olub.

O, qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib. E. Şahverdiyev ifadəsində “İnstagram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.

Qeyd edək ki, E.Şahverdiyev artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məhkəmənin qərarı ilə 25 sutka müddətində inzibati qaydada həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru