Gözdən əlil kişi avtomobil qəzasına düşəndən sonra görməyə başladı

2-02-2020, 17:47           
Gözdən əlil kişi avtomobil qəzasına düşəndən sonra görməyə başladı
olşada kor kişi avtomobil qəzasına düşüb. Nəticədə o, görməyə başlayıb.

Axin.az bildirir ki, bu barədə “Mirror” məlumat yayıb.

Yanuş Qoray adlı kişinin 20 yaşında allergik reaksiya nəticəsində sağ gözü tamamilə tutulub, sol gözü isə yalnız formaları və işığı görə bilib.

Piyada keçidindən keçərkən avtomobilin altına düşən kişinin ombasında cərrahiyə əməliyyatı edilir. Əməliyyatdan iki həftə sonra nəinki qəzanın bütün fəsadları geridə qalır, hələ üstəlik Yanuş görməyə də başlayır.

Həkimlər Yanuşun yenidən görməsinin səbəbi kimi xəstəxanada ona verilən dərmanları hesab edirlər. Yanuş özü isə qəza zamanı başının asfalta dəyməsini dönüş anı sayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru