20 nəfər ayaq altında qalıb öldü

3-02-2020, 00:34           
20 nəfər ayaq altında qalıb öldü
Kilsədə yaşanan vahimə ölkəni sarsıtdı

Tanzaniyanın Möşi şəhərində dini tədbir fəlakətlə sona yetib. Hökumət nümayəndəsinin agentliyə verdiyi açıqlamaya görə, yığıncağın keçirildiyi ərazidə kilsəyə toplaşanlar arasında vahimə yaşanıb. Nəticədə qaçaqaç düşüb. İnsanlar bir-birini tapdalayaraq təhlükədən uzaqlaşmağa çalışıblar. Nəticədə 20 nəfər ölüb, onlarla insan isə yaralanıb. “Associated Press”in xəbərində belə deyilir.


Tanzaniyada dini təbliğatçı kimi məşhur olan Boniface Mvamposanın rəhbərliyi altında keçən tədbirdə baş verənlər ölkədə də çaxnaşma yaradıb. Çünki bu kilsə qeydiyyatdan keçmək üçün illərdir ki, çalışır.

Tanzaniyanın daxili işlər naziri George Simbachavene bildirib ki, cənab Mvamposa həbs olunub. Bəlli olan odur ki, tədbir elan olunduğu vaxtdan 2 saat gec başlayıb. İnsanların içəri keçməsi üçün isə dar bir keçid saxlanılıb. Bu isə faciəyə səbəb olub.

https://apnews.com/50609e0cacd60322574ce5581a6bc0a7












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru