Vilayət Eyvazovdan general Həsən Şirinovun yerinə TƏYİNAT

3-02-2020, 17:08           
Vilayət Eyvazovdan general Həsən Şirinovun yerinə TƏYİNAT
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

milletinsesi.info-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nurullah Məmmədxanlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini vəzifəsinə təyin edilib.

O, bundan əvvəl BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl V.Eyvazov əmrinə əsasən, BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad olunub.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Report yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru