Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb - YENİLƏNİB

3-02-2020, 17:59           
Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb - YENİLƏNİB
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) APA-ya verilən məlumata görə, 1983-cü il təvəllüdlü Quba sakini yanvarın 17-də ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı, böyrək transplantasiyasından sonrakı vəziyyətlə Reanimasiya şöbəsinə daxil olub.

Xəstə fevralın 2-də saat 05:10-da ağciyər–ürək çatışmazlığından ölüb.

***

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) APA- ya verilən məlumata görə, 1977-ci il təvəllüdlü Şəki rayon sakini ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində yavarın 30-da saat 21.45 daxil olub.

Xəstə fevralın 3-də saat 07.30-da ölüb.

Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad, fevralın 11-də isə adı açıqlamayan 1951-ci il təvəllüdlü bir xanım da orada ölüb. Bundan başqa, yanvarın 14-də 1957-ci il təvəllüdlü xəstə, yanvarın 29-da 1941-ci il təvəllüdlü daha bir şəxs həyatını itirib. Fevralın 1-də isə xəstəxanada 1977-ci il təvəllüdlü Bakı şəhər sakininin ölüm faktı qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru