Yerevanda növbəti etiraz aksiyası – həbs olunanlar var

20-05-2020, 23:31           
Yerevanda növbəti etiraz aksiyası –
Bu dəfə restoran sahibləri və işçiləri ayağa qalxıb

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, mayın 20-də yenə Ermənistan paytaxtında etiraz aksiyas keçirilib. Belə ki, sahibkarlar, restoran kompleksləri, akt salonlarının işçiləri, müğənnilər, musiqiçilər, aparıcılar, çəkiliş qruplarının işçiləri hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.

Onlar Ermənistan fövqəladə vəziyyət komendantı Tiqran Avinyana təhlükəsizlik qaydalarına riayət edərək fəaliyyət göstərmələrinə icazə verilməsini xahişi ilə müraciət ediblər.

Sahibkar olduğunu bildirən etirazçılardan biri qeyd edib ki, Ermənistanı bu sahələrin işləmədiyi digər ölkələrlə müqayisə etmək olmaz, çünki “heç bir ölkədə 200 nəfərlik toy keçirmir, əsgərləri orduya yola salarkən tədbir keçirmirlər”.

Sadəcə hökumətdən onları dinləmələrini istəməyə gəldiklərini vurğulayan aksiya iştirakçılarına mitinqi dayandırmaq üçün 5 dəqiqə vaxt verən polislər bundan sonra aksiyanı güc tətbqi etməklə dağıdıb. Həbs olunanlar var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.