Bakıda daha bir bazar sökülür? - Açıqlama

21-05-2020, 11:25           
Bakıda daha bir bazar sökülür? - Açıqlama
Bir müddətdir Bakının Nəsimi rayonunda yerləşən “Nəsimi bazarı”nın sökülməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bazarın bir hissəsinin hələ fəaliyyət göstərməsinə baxmayaraq, söküntünün ərazinin örtülü hissəsində aparıldığı qeyd edilib.

Axar.az xəbər verir ki, bazarın səlahiyyətli nümayəndəsi Vaqif Adıgözəlov Report-a bildirib ki, bazarın sökülməsi barədə deyilənlər düzgün deyil:

“Koronavirus xətəliyi ilə əlaqədar ərazidə olan paltar satış yerləri bir-birinə yaxın idi və araları çadırlarla kəsilmişdi. Karantin vaxtı satıcıların çoxu da işə çıxmırdı. Həmin vaxt boş əraziləri yanğından və vurusdan qorumaq üçün çadırları və digər şeyləri söküb təmizləydik. Bazar bağlanmayıb, öz fəaliyyətin davam etdirir. Təmizlənmə işləri təxminən 200 kv metr ərazini əhatə edir. Hər həftə üç dəfə bazarda dezinfeksiya işləri aparılır".

Qeyd edək ki, iyunun 18-də Nəsimi Bazarı ASC-in səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə "Nəsimi Bazarı"nın 2019-cu il üçün maliyyə hesa­batının müzakirə edilməsi, səhmdar cəmiyyətinin İdarə heyəti üzvlərinin seçilməsi, təmir-tikinti işləri ilə əlaqədar bazarın fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması və digər məsələlər daxildir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.