Oğuz kəndləri üstündən il keçməmiş yenidən alovlar içində

23-06-2020, 13:46           
Oğuz kəndləri üstündən il keçməmiş yenidən alovlar içində
Artıq üçüncü ildir ki, yay aylarında Oğuzun dağətəyi kəndlərində yanğınlar baş verir. Bazar günü gündüz saatlarından başlayan meşə yanğını hələ də tam söndürülməyib.

Bazar günü gündüz saatlarından Oğuzun Xaçmaz, Filfilli və digər dağətəyi kəndlərində başlayan meşə yanğını ram edilsə də, ötən gecə yenidən alovlanıb və ərazisi genişlənib.

Təxmini hesablamalara görə, 50 hektardan çox ərazi kül olub. Maraqlısı odur ki, artıq üçüncü ildir hər yay baş verən bu yanğının səbəbi tam olaraq bəlli deyil. Havanın küləkli olması alovu daha da şiddətləndirib. Kəndlilər əllərində bel-kürək, meşələri alovdan qurtarmağa çalışırlar. Meşə keçilməz olduğundan, yanğınsöndürmə işləri çətinləşib.

Hal-hazırda FHN briqadaları yanğınsöndürmə işlərini davam etdirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.