Körpəsini 5 min dollara satmağa çalışan cütlük saxlanıldı

24-06-2020, 08:59           
Körpəsini 5 min dollara satmağa çalışan cütlük saxlanıldı
Gürcüstanın Duşeti bölgəsində körpəsini 5 min dollara satmağa çalışan cütlük Dövlət Təhlükəsizliyi Xidməti qruplarının keçirdiyi əməliyyatla tutulub.

Unikal.org xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən edilən açıqlamada Korrupsiyaya Qarşı Mübarizə Agentliyi ilə əlaqəli qruplar körpənin satışı çərçivəsində 3 nəfərin nəzarətə alındığını və Duşeti bölgəsində yaşayan cütlüyün pul qazanmaq üçün 18 İyunda anadan olan uşaqlarını satmaq istədiklərini bildirib.

Belə ki, valideynlərin, pulu götürdüyü anın görüntüləri kameraya əks olunub. Polis hər iki tərəfi apardığı əməliyyat nəticəsində həbs edib. Nəzarətə alınan 3 nəfərin 2 ildən 5 ilə qədər həbs cəzası ala biləcəyi ifadə edilib.

Hadisə ilə əlaqədar istintaq davam edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.