İsrail Suriyanın üç əyalətinə aviazərbələr endirib, ölənlər var

24-06-2020, 09:30           
İsrail Suriyanın üç əyalətinə aviazərbələr endirib, ölənlər var
İsrail təyyarələri ötən gecə Suriyanın üç əyalətinə hava zərbələri endiriblər. Azı iki suriyalı hərbçi həlak olub.

Teref.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, ötən gecə düşmən havadan Dirazzurun Kəbacib, Homs əyalətinin əs-Suxna və Suveyda əyalətinin Təll-Səhn bölgələrinə hava zərbələri endirib.

İlkin məlumata əsasən iki suriyalı hərbçi ölüb və 4-ü yaralanıb.

Havadan müdafiə sistemləri hərəkətə keçərək, raketlərdən çoxunu zərərsizləşdirib.

Ənənəvi olaraq İsrail bu hava zərbələrinə münasibət bildirməyib. Qeyd edək ki, İsrail ötən ay iki dəfə, həmçinin bu ayın əvvəli isə Həma əyalətinə bir dəfə hava zərbələri endirib.

Suriya müxalifətinin mənbələri iddia edir ki, İsrailin ötən gecəki hava zərbələrində iranlı hərbçilər də ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru