ABŞ-da ticarət mərkəzində atışma

24-06-2020, 10:15           
ABŞ-da ticarət mərkəzində atışma
ABŞ-ın Çesterfild dairəsinin hüquq-mühafizə təşkilatları 1 nəfərin atışma nəticəsində yaralandığını bildirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə yerli polisin "Twitter" səhifəsində yazılıb.

Bildirilib ki, atışma naməlum şəxs tərəfindən Riçmond şəhərində (Virciniya ştatı) yerləşən ticarət mərkəzində törədilib.

Məlumata əsasən, yaralanan şəxs xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti və baş verənlərin təfərrüatları barədə məlumat hələ verilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.