DYP-nin rəis müavini koronavirusa yoluxub – Vəziyyəti ağırdır

24-06-2020, 17:11           
DYP-nin rəis müavini koronavirusa yoluxub – Vəziyyəti ağırdır
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polkovnik İlham Rəcəbov koronavirusa yoluxub. Teref.az mediapost.az-a istinadən xəbər verir ki, onun vəziyyətinin ağır olduğu bildirilir. Rəis müavininin hazırda süni nəfəs aparatına qoşulub.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev faktı təsdiqləyib.

O bildirib ki, DYP-nin hazırda iki əməkdaşı koronavirusa yoluxub. Onlardan biri də İlham Rəcəbovdur: “Polkovnik hazırda xəstəxanadır və müalicəsi davam edir. Lakin onun son durumu haqqında məlumatım yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru