Ukraynada 285 yaşayış məntəqəsi su altında qaldı

25-06-2020, 11:23           
Ukraynada 285 yaşayış məntəqəsi su altında qaldı
22-24 iyun aralığında yağan intensiv yağışlar İvano-Frankovsk, Çernovtsi, Lvov, Zakarpatye və Ternopol bölgələrində sel vəziyyətinin ağırlaşmasına səbəb olub.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Təcili Xidmətinin bu günkü səhər icmalında bildirilib.

Qeyd olunur ki, ümumilikdə 285 yaşayış məntəqəsi (İvano-Frankovsk – 234, Çernovtsi – 37, Lvov – 12, Ternopol – 2), 9 min 994 ev (İvano-Frankovsk – 9157, Çernovtsi – 728, Lvov – 72, Ternopol -37), doqquz sosial və məişət obyekt, 3 min 340 zirzəmi (İvano-Frankovsk – 2553, Çernovtsi – 712, Lvov – 75), 13 min 390 bağ evi (İvano-Frankovsk – 11337, Çernovtsi – 1895, Lvov – 131, Ternopol – 27) su altında qalıb.

Həmçinin, pis hava şəraiti nəticəsində 117 km yol (İvano-Frankovsk – 116, Çernovtsi – 1) və İvano-Frankovsk bölgəsindəki 64 körpü dağılıb.

500 km yola və 135 körpüyə isə ziyan dəyib.

Hava şəraitinin fəsadlarının aradan qaldırılmasına 1 643 nəfər və 469 ədəd texnika cəlb edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru