Doqquz yaşlı oğlanı mahnıya qulaq asdığına görə öldürüb hamamda doğradı - VİDEO

6-07-2020, 14:43           
Doqquz yaşlı oğlanı mahnıya qulaq asdığına görə öldürüb hamamda doğradı - VİDEO
oqquz yaşlı uşaq uca səslə musiqiyə qulaq asdığı üçün qonaq getdiyi evdə öldürülüb.

360 TV-nin məlumatına görə, dəhşətli hadisə Rusiyanın Krasnodar diyarında baş verib.

Uşaq ötən ilin may ayında itkin düşüb: evdən çıxıb və bir daha geri qayıtmayıb. Polis işə qarışıb. Lakin sonradan məlum olub ki, uşağı artıq sağ tapa bilməyəcəklər.

Məlum olub ki, həmin məşum gündə o, əmisinin birgə yaşadığı qadının evinə qonaq gedib. Orada ucadan musiqiyə qulaq asdığı və digər uşaqların yatmasına mane olduğu üçün qadın onu boğaraq öldürüb.

Bundan sonra qatil meyiti soyuqqanlılıqla hamam otağına aparıb, orada doğrayıb, qalıqları torbaya yığıb, üstünə xlor töküb və tövlədə gizlədib.

28 yaşlı qadın cinayətin izlərini ört-basdır etməyə çalışsa da, bir ildən sonra həqiqət ortaya çıxıb. Hüquq-mühafizə orqanının əməkdaşları cəsədi elə həmin tövlədən tapıblar.

Qadın saxlanılıb. Onun barəsində cinayət işi açılıb. İstintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru