Zelenski terrorçunun qoyduğu şərtə əməl etdi - VİDEO

22-07-2020, 09:37           
Zelenski terrorçunun qoyduğu şərtə əməl etdi - VİDEO
Ukraynanın Lutsk şəhərində sərnişinlərlə dolu avtobusu girov götürən şəxsin tutulmasının bəzi detalları məlum olub.

Belə ki, Ukrayna Prezidenti Vladimir Zelenski həmin şəxslə telefonla danışandan sonra onun qoyduğu şərtə əməl edəcəyinə söz verib.

Terrorçu ümumi tələblərini çatdırıb, ölkədəki sistemdən narazılığını bildirib. O, dövlət başçısından vətəndaşları "Yer sakinləri" (“Earthlings”) filminə baxmağa çağırmağı tələb edib.

Prezident bu tələbə əməl edib. O, sosial media hesabında yaydığı videomüraciətdə deyib:

“2005-ci ilin “Yer sakinləri” filmi, hamı baxsın”.

Məlumat üçün deyək ki, “Yer sakinləri” – ABŞ istehsalı olan sənədli filmdir. Filmdə insanın heyvanlarla vəhşi rəftarı probleminə toxunulub.

Seherxeber.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru