"Hiqos" qasırğası Çinin cənub sahillərinə çatıb

19-08-2020, 08:14           
"Hiqos" qasırğası Çinin cənub sahillərinə çatıb
Sakit okeanda əmələ gələn "Hiqos" qasırğası Çinin Quandun əyaləti istiqamətində cənub sahilinə çatıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Honkong meteoroloji rəsədxanası məlumat verib.

Bildirilir ki, atmosfer hunisinin episentri ÇXR-in qeyd edilən inzibati bölgəsindən 130 km qərbdədir. Siklon tədricən gücünü itirərək şimal-qərbə doğru hərəkət edir.

Honkongun özündə yüksək fırtına təhlükəsi - 10 ballıq şkala üzrə 9 nömrə elan edilib. Ofislər , banklar, təhsil müəssisələri bağlı olmalı, nəqliyyatın və limanın fəaliyyəti dayandırılmalıdır.

Meteoroloqların bildirdiyinə görə, gecə saatlarında 27.5 m/s sürətlə küləyin əsməsi qeyd edilib. Hələlik iki zərərçəkən haqqında bildirilir.

Makao şəhərində maksimum təhlükə səviyyəsi tətbiq olunub - 10 nömrəli. “Asiyanın Las Veqas”ında bütün kazinolar bağlanıb. Bölgədə nəqliyyat əlaqələri kəsilib, bəzi reyslər təxirə salınıb ​​və ya ləğv edilib.

"Hiqos" bu mövsüm Asiyada yeddinci tropik siklondur. Adı Sakit Okeandakı Quam adasının aborigen dilindən tərcümədə "əncir ağacı" deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru