Qəzza bölgəsindən İsrail ərazisinə raket atılıb

19-08-2020, 08:17           
Qəzza bölgəsindən İsrail ərazisinə raket atılıb
Fələstinli radikallar Qəzza sektorundan İsrail ərazisinə raket atıblar.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl həyəcan siqnalının işə düşməsinin ardınca Qəzza bölgəsindən İsrail ərazisinə atılmış raket müəyyən edilib”, - məlumatda belə deyilir.

“The Times of Israel” qəzetinin yazdığına görə, raket yaşayış olmayan ərazilərdə partlayıb.

Bundan bir qədər sonra “Kan” radiosu xəbər verib ki, raket zərbəsindən daldalanmaq üçün təxliyə olunan zaman 7 və 10 yaşlı iki uşaq xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru