Navalnını zəhərlədilər: təcili xəstəxanaya yerləşdirildi

20-08-2020, 09:23           
Navalnını zəhərlədilər:
Rusiyalı müxalif bloger Aleksey Navalnı təcili xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat verib.

Navalnının Tomskdan Moskvaya uçan zaman səhhətinin pisləşdiyi və təyyarənin təcili Omskda eniş etdiyi vurğulanıb. Onda toksik zəhərlənmə olduğu bildirilib.

Yarmış onun çayına qatılan zəhərdən zəhərləndiyini iddia edib. Hazırda Navalnının reanimasiyada huşsuz vəziyyətdə olduğu qeyd edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.