Sumqayıtda dəhşətli cinayət: Keçmiş məhkum ürəyindən vuruldu - Təfərrüat

20-08-2020, 09:24           
Sumqayıtda dəhşətli cinayət: Keçmiş məhkum ürəyindən vuruldu - Təfərrüat
Sumqayıt şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Elxan Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində Ramil Xəlilov tanışı Elxan Rüstəmovla mübahisə edib.

Mübahisə nəticəsində Elxan Rüstəmov Ramil Xəlilova ürəyindən və qarın nayihəsindən 4 bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, bu ilin aprelin 26-da, axşam radələrində “Səməd” adlı marketin arxasında Elxan Rüstəmov Ramil Xəlilovun ünvanına nalayiq söyüş söyüb.

Bu səbəbdən onların arasında mübahisə yaranıb.

Sonda qanlı cinayət baş verib.

İstintaq araşdırması zamanı məlum olub ki, Ramil Xəlilov əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunub. O, həbs edilib.

Hdisə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baş verib.

İstintaq orqanı tərəfindən Elxan Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.