Əli Əsədov karantində qızına toy edib? - Daha bir "dezo"....

20-08-2020, 21:02           
Əli Əsədov karantində qızına toy edib? - Daha bir "dezo"....
Siyasi mühacir Qənimət Zahidin rəhbərlik etdiyi müxalifət resursu “Azərbaycan saatı” Baş nazir Əli Əsədovun qızının bu günlərdə toyunun olması barədə məlumat yayıb.



Məlumatda bildirilir ki, Baş nazirin qızının toyu Nazirlər Kabinetinin karantin dövründə toy mərasimlərinin keçirilməsinin qadağan olunması qərarına baxmayaraq edilib. Müxalifət resursu iddia edir ki, qızının toyunu təşkil etməklə Əli Əsədov öz qərarını pozub.



Bundan əlavə, toy mərasiminin guya son vaxtlara qədər Əli Əsədova məxsus olan və Zagulba kəndində yerləşən dəbdəbəli “Sapfir” otelində keçirildiyi bildirilir.



Teref.az virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil. Virtualaz.org Əli Əsədovun ailəsindəki mənbəyə istinadən onu da bildirir ki, onun qızının toyu 7 mart 2020 tarixinə təyin olunub. Lakin pandemiya və karantin rejiminin tətbiq olunmasından sonra Baş nazir Əli Əsədovun özü, ölkədə ilk olaraq qızının planlaşdırılan toyunu ləğv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru