İclas zamanı kameranın açıq olduğunu unudub cinsi əlaqəyə girdilər - VİDEO

21-08-2020, 00:01           
İclas zamanı kameranın açıq olduğunu unudub cinsi əlaqəyə girdilər - VİDEO
Braziliyada "Zoom" proqramı vasitəsi ilə tələbələrə pulsuz yemək verilməsi üçün iclas keçirən bələdiyyə üzvləri, iştirakçılardan birinin cinsi əlaqəyə girdiyi anlara şahid olub.

Moderator.az xəbər verir ki, Rio-de-Janeyro şəhərində universitet tələbələrinə epidemiya müddətində pulsuz yemək verilməsini müzakirə etmək üçün iclas təşkil edilib. Bir müddət sonra iclasdan ayrılan iştirakçılardan biri kameranın açıq olduğunu unudaraq otaqdakı yataqda partnyoru ilə cinsi əlaqəyə girib.

Bələdiyyə üzvləri sözügedən cütlüyü görsə də, ara vermədən iclasa davam ediblər. İclası idarə edən Sosializm və Azadlıq Partiyasından olan Leonel Brizola, "Kamera açıqkən cinsi əlaqəyə girdiklərini gördük, ancaq gündəmimizdəki vacib mövzu haqqında müzakirəyə davam etdik. Tələbələrə yemək verilməsi çox vacib mövzudur. Cinsi əlaqəyə girən cütlüyü gördükdən sonra iclası təşkil edənlərdən onların görüntüsünün yığışdırılmasını xahiş etdik" deyib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.