Yerevan sakini bankı qarət edib

20-08-2020, 23:29           
Yerevan sakini bankı qarət edib
Yerevan sakini saxta kredit kartlarından istifadə edərək 15 min dollara qədər bank vəsaitlərini ələ keçirib. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə cinayət işi açan İstintaq Komitəsi məlumat verib.
Məlumata görə, Yerevan sakini saxta kredit kartları və kompüter avadanlıqlarından istifadə edərək bankomatlardan pul oğurlamaqda yaxalanıb.
İstintaqa görə, 30 yaşlı bir kişi, BANK OF AMERICA, METABANK və HSBC-yə aid 75 ədəd saxta kredit kartı hazırlayıb. 29 oktyabr 2019-cu ildən 12 avqust 2020-ci ilədək olan müddətdə bu kartların və kompüter texnologiyalarının köməyi ilə bankomatlardan cəmi 15,6 min dollar pul çıxarıb və banka "maddi və mənəvi ziyan" vurub.
Əldə edilmiş dəlillərə əsasən, təcavüzkar "kompüter texnologiyalarının köməyi ilə xüsusilə böyük miqyasda oğurluq" maddəsi ilə ittiham olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru