Sosial şəbəkələrdə insanların küçədə təlaş halında qaçmalarının əks olunduğu görüntülər yayılıb.
Ntdtv-nin məlumatına görə, kadrlar Çinin Sıçuan əyalətindəndir.
Nəşr bildirir ki, Leşan şəhərində kimyəvi zavodda xlor sızması olub. Nəticədə ətrafı zəhərli çiskin bürüyüb. Bir çox insanlar maşınları elə yolda ataraq qaçmağa başlayıblar.
Həmçinin yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.