ABŞ-da 750 milyon ağcaqanad təbiətə buraxılır

22-08-2020, 00:00           
ABŞ-da 750 milyon ağcaqanad təbiətə buraxılır
ABŞ-ın Florida ştatı bölgədəki ağcaqanad problemini təbiətə milyonlarla genetikası ilə oynanmış ağcaqanadlar buraxaraq həll etməyi planlaşdırır.

“Report” “Euronews”a istinadən xəbər verir ki, bu həftə Florida-Kis Ağcaqanadlara Nəzarət Mərkəzi genetikası dəyişikliyə məruz qalmış 750 milyon ağcaqanadı xəstəlik yayan sarı qızdırmalı ağcaqanadla (“Aedes aegypti”) mübarizə aparmaq üçün təbiətə buraxmaq qərarı verib.

Genetikası ilə oynanmış ağcaqanadların 2021-2022-ci illər arasında Floridaya yayılacağı açıqlanıb. Bildirilib ki, təbiətə buraxılacaq ağcaqanadların genetikası “Aedes aegypti”lərin sayını azaltmaq məqsədilə dəyişdirilib.

Qeyd edək ki, “Aedes aegypti” adlı ağcaqanad növü sarı qızdırma, zika, denge qızdırması, çikuqunya kimi ölümcül xəstəlikləri insanlara yoluxdururlar. Floridadakı ağcaqanadların 1%-ni təşkil edən “Aedes aegypti” ilə mübarizə üçün ştat hər il 1 milyon dollardan çox büdcə ayırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru