Adli Əliyevdən Ramiz Mehdiyevə SƏRT SÖZLƏR: - "Onlar bilərəkdən qaydaları pozurlar"

22-08-2020, 15:44           
Adli Əliyevdən Ramiz Mehdiyevə SƏRT SÖZLƏR: - "Onlar bilərəkdən qaydaları pozurlar"
Adli Əliyevdən Ramiz Mehdiyevə SƏRT SÖZLƏR:
"Cənab Prezident koronavirus bəlası ilə bağlı çıxışlarında hər kəsi sərt karantin rejimi çərçivəsində qaydalara əməl etməyə çağırır. Çıxışlar və həyata keçirilən tədbirlər koronavirus bəlasının fəsadlarının qarşısını almağa yönəlib. Həm də görülən tədbirlər ölkəmizdə insan sağlamlığına göstərilən diqqəti göstərir. Ortaya çıxan nəticə bundan ibarətdir ki, bəladan nə qədər tez qurtulsaq, o qədər yaxşıdır".

"BakuPost" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, deputat Adil Əliyev öz "Facebook" səhifəsində yazıb.

Millət vəkili qeyd edib ki, təəssüf olsun, bəzi səlahiyyətli şəxslər sərt karantin rejiminə əməl etmək istəmirlər:

"Qaydalardan kənara çıxırlar. Onlar bilərəkdən qaydaları pozurlar. Karantin rejiminin qorunması yönündə görülən işlərə kölgə salırlar. Bununla da cəmiyyətdə inamsızlıq və etibarsızlıq yaradırlar. Hamılıqla qaydalara əməl etməliyik ki, vəziyyət nəzarətdən çıxmasın".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.