Sabiq deputatın qudası məhkəmədə bunları deyib: - Toy deyil, nişan kimi məclis etmişik, qaydalara riayət olunub

22-08-2020, 16:18           
Sabiq deputatın qudası məhkəmədə bunları deyib: -
Abşeron rayon Məhkəməsində karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayevin işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, proses canlı yayımlanır. Prosesdə şahid qismində ifadə verən Abşeron rayon Polis İdarəsinin əməkdaşı bildirib ki, toy mərasimi Abşeron rayonunun Novxanı qəsəbəsində sabiq deputat İ.Əliyevin bağ evində qapalı yerdə keçirilib. Polis əməkdaşları hadisəyə müdaxilə etməyə çalışsalar da onlara icazə verilməyib.

Prosesdə ifadə verən təqsirləndirilən, İ.Əliyevin qudası R.Mustafayev ittihamları qəbul etməyib. Bildirib ki, məclisdə karantin qaydalarına riayət edilib, bir stolda 5-6 nəfər əyləşib: "Biz karantin qaydalarını pozmamışıq, qaydalara əməl etmişik, 5-6 nəfər ara məsafəsi saxlamaqla əyləşib. Məclis qapalı yerdə deyil, açıq havada keçirilib".

Hakimin "Siz özünüzü inzibati xəta törətməkdə təqsirli bilirsinizmi?" sualına R.Mustafayev hadisədə özünü qismən təqsirli bilib: "Məclisdə mənim 4 nəfərlik ailə üzvüm iştirak edib. Bütün qaydalara riayət etmişik. Bu toy deyildi, nişan kimi məclis idi".

Məhkəmə müşavirəyə yollanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru