313 milyon illik fosil ayaq izi tapıldı

24-08-2020, 08:18           
313 milyon illik fosil ayaq izi tapıldı
Amerikanın Arizona əyalətində yerləşən Böyük Konyon Milli Parkında 313 milyon illik fosil tapılıb.

"Haber Global"ın verdiyi məlumata görə, həmin ayaq izi bu günə qədər tapılan ən qədim qalıqlardan biridir.

Bildirilir ki, həmin bölgədə aparılan araşdırmalar zamanı qaya parçasının çökməsi nəticəsində fosil üzə çıxıb. Alimlərin sözlərinə görə, bu, iki fərqli heyvana aid ayaq izləridir.

Araşdırmalar davam edir.
milletinsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.